...

Azərbaycan güləşçisi dünya ikincisi olub

İdman Materials 28 Oktyabr 2023 05:27 (UTC +04:00)
Azərbaycan güləşçisi dünya ikincisi olub

Bakı. Trend:

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 çempionatında dünya ikincisi olub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya "tuş"la qalib gəlib.

Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabı ilə uduzan Əliyeva dünya ikincisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti