...

Azərbaycanlı hakimə UEFA-dan təyinat

İdman Materials 13 Noyabr 2023 20:49 (UTC +04:00)
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın FİFA referisi Rauf Cabarov təyinat alıb.

Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Rauf Cabbarova yan xətdə Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Skopyedə keçiriləcək Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti