...

Tanınmış baş məşqçinin “Sabah”dakı köməkçisi məlum oldu

İdman Materials 31 Yanvar 2024 15:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytisin köməkçisi məlum olub.

Klubdan Trend-ə verilən məlumata görə, bu vəzifəyə serbiyalı mütəxəssis Qoran Milyeviç gətirilib.

Artıq Bakıda olan 55 yaşlı məşqçi bu gün kollektivə təqdim olunacaq.

Bunadək “Sabah” klubunda baş məşqçi əvəzi olan Nikola Bozinovski ilə bağlı yekun qərarı isə Rimas Kurtinaytis verəcək.

Qeyd edək ki, Qoran Milyeviç daha əvvəl İsrailin “Hapoel Eilat”, Slovakiyanın “Luçenets”, Almaniyanın "Karlsrue" və Səudiyyə Ərəbistanının “Əl-Ansar” komandalarında işləyib.

Xəbər lenti

Xəbər lenti