...

Keçən ilin 20 yaşadək futbolçulardan ibarət rəmzi komandası açıqlandı

İdman Materials 5 Fevral 2024 16:15 (UTC +04:00)
Keçən ilin 20 yaşadək futbolçulardan ibarət rəmzi komandası açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 20 yaşadək futbolçulardan ibarət 2023-cü ilin rəmzi komandasını açıqlayıb. Komandanı formalaşdırmaq üçün 3-4-3 sxemi seçilib.

Trend bu barədə IFFHS-in saytına istinadən xəbər verir.

Məlumata görə, araşdırma avropalı oyunçular arasında aparılıb.

Qapıçı: Sebastyano Deplanş (İtaliya).

Müdafiəçilər: Levi Koluill (İngiltərə), Antonio Silva (Portuqaliya), Alexandro Balde (İspaniya).

Yarımmüdafiəçilər: Qavi (İspaniya), Cud Bellinqem (İngiltərə), Varren Zayr-Emri (Fransa), Camal Musiala (Almaniya).

Hücumçular: Lamine Yamal (İspaniya), Rasmus Hoylund (Danimarka), Xavi Simons (Niderland).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti