...

Türkiyə Superliqası: "Beşiktaş" doğma meydanda qələbə qazanıb

İdman Materials 20 Fevral 2024 03:00 (UTC +04:00)
Türkiyə Superliqası: "Beşiktaş" doğma meydanda qələbə qazanıb

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXVI tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.

Eyni saatda başlayan matçlarda “Başakşəhər” “Kayserispor”u, “Beşiktaş” isə “Konyaspor”u qəbul edib.

İstanbul təmsilçilərindən biri uduzub, digəri isə qələbə qazanıb. “Başakşəhər” öz meydanında 2:3 hesabı ilə yenilib. “Beşiktaş” isə rəqibini 2 cavabsız qolla üstələyib.

Bu nəticələrdən sonra “Beşiktaş” 43 xalla 3-cü, “Başakşəhə”" 33 xalla 9-cu, “Kayserispor” 32 xalla 11-ci, “Konyaspor” isə 25 xalla 19-cu pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti