FİFA tərəfindən ilk dəfə mart ayında Bakıda təşkil olunacaq “FİFA series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlardan iksinə giriş sərbəst olacaq.
Trend xəbər verir ki, bu barədə İdman.biz-ə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, millimizin iştirakı olmadan keçirilən matçlara bilet satışı təşkil edilməməsinə qərar verilib. Martın 22-də saat 17:00-da keçiriləcək Bolqarıstan – Tanzaniya, üç gün sonra eyni saatda baş tutacaq Tanzaniya – Monqolustan qarşılaşmaları giriş biletsiz olacaq. Hər iki görüş “Dalğa Arena”da oynanılacaq. Futbolsevərlər həmin matçları biletsiz izləyə biləcəklər.
Qeyd edək ki, martın 22-si, saat 20:00-da keçiriləcək Azərbaycan - Monqolustan və martın 25-i, saat 20:00-da baş tutacaq Azərbaycan - Bolqarıstan oyunlarının biletləri artıq satışa çıxarılıb. Biletlərin qiymətləri 2, 5 və 10 manat təşkil edir. VIP biletlər isə 25 və 30 manatdır.