Bakı. Trend:
Bu gün Bakıda keçiriləcək “Neftçi” – “Spartak” matçı 1 dəqiqəlik sükutla başlayacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Buna Krasnoqorskda baş verən terror aktı səbəb olub.
Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.