...

Dani Alvesin girovunu ödəyən şəxsin adı açıqlanıb

İdman Materials 26 Mart 2024 09:26 (UTC +04:00)
Dani Alvesin girovunu ödəyən şəxsin adı açıqlanıb

Bakı. Trend:

Braziliyalı futbolçu Dani Alvesin həbsdən buraxılması üçün tələb edilən 1 milyon avroluq girovu ödəyən şəxs bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu vəsaiti Niderland millisinin futbolçusu Memfis Depay ödəyib.

“Atletiko”da çıxış edən hücumçu “Barselona”nın sabiq müdafiəsinin azadlığa buraxılması üçün yardımçı olub. Bank hesabları dondurulan və borcları olan Alvesin özü 1 milyon avro tapa bilməyib.

Qeyd edək ki, Memfislə Dani eyni vaxtda “Barselona”da forma geyinib.

Xəbər lenti

Xəbər lenti