...

“Barselona”nın Alonso qərarı

İdman Materials 1 Aprel 2024 23:33 (UTC +04:00)

Bakı. Trend:

Markos Alonso mövsümün sonunda “Barselona”nı tərk edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, klub futbolçu ilə müqavilə müddətini artırmamaq qərarına gəlib.

2022-ci ilin sentyabrından komandada çıxış edən Markosun “Atletiko”ya keçməsi gözlənilir. Təcrübəli müdafiəçi sərbəst agent kimi Madrid klubu qoşulacaq.

Qeyd edək ki, Alonso 2023/2024 mövsümündə “Barselona”nın heyətində cəmi 7 oyunda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti