Bakı. Trend:
“Mançester Siti” Braziliya yığmasının üzvünü transfer siyahısına daxil edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, İngiltərə çempionu Lukas Paketa ilə maraqlanır.
Hələ ötən yayda komandanın baş məşqçisi Xosep Qvardiola braziliyalı yarımmüdafiəçinin transferinə müsbət rəy vermişdi. “Mançester Siti” bu keçid üçün “Vest Hem”ə 80 milyon funt ödəməyə hazır idi. Amma Paketanın adının pul qoyuluşunda hallanması transferi təxirə salmışdı.
Qeyd edək ki, hazırki mövsümdə Lukas 34 oyunda 7 qol və 7 ötürmə ilə yadda qalıb.