Bakı. Trend:
AFFA-nın yeni vitse-prezidentləri bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, qurumun Hesabat-Seçki Konfransında müəyyənləşib.
Rövşən Nəcəfin assosiasiyanın prezidenti seçilməsi və İcraiyyə Komitəsinin üzvlərinin dəqiqləşməsindən sonra vitse-prezidentlər də məlum olub. Bu postlara Sərxan Hacıyev, Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehdiyeva seçilib.
Qeyd edək ki, bunadək AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov idi.