...

Niderland millisinin sabiq futbolçusu baş məşqçi təyin edilə bilər

İdman Materials 9 Aprel 2024 19:02 (UTC +04:00)

Bakı. Trend:

Niderland millisinin sabiq futbolçusu Robin van Persi “Herenvern”in baş məşqçisi təyin edilə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 40 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

Ona Herenvenin eyniadlı klubunun baş məşqçisi postu təklif olunub. Ardıcıl 5 oyundur qalib gələ bilməyən klubun rəhbərliyi van Persinin baş məşqçi gətirilməsini istəyir. O, hazırda “Feyenoord”un U-19 komandasına rəhbərlik edir.

Qeyd edək ki, “Herenven” hazırda 33 xalla Erediviziyanın turnir cədvəlində 11-cidir.

Xəbər lenti

Xəbər lenti