...

“Mançester Siti” üçün 100 milyonluq hədəf

İdman Materials 13 Aprel 2024 14:39 (UTC +04:00)

Bakı. Trend:

“Mançester Siti”nin transfer siyahısında yer alan Lukas Paketanın qiyməti bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, yarımmüdafiəçinin müqaviləsində əksini tapıb.

“Vest Hem” futbolçusuna sərbəstqalma məbləği kimi 100 milyon avro qiymət qoyub. Mançesterlilər transfer hədəfinə çatmaq üçün bu vəsaiti ödəməlidir.

Qeyd edək ki, Lukas Premyer Liqanın cari mövsümündə 25 oyunda 4 qol və 6 assistə imza atıb.

Xəbər lenti

Xəbər lenti