...

"Turan Tovuz" "Qəbələ"ni məğlub edib - Premyer Liqa

İdman Materials 13 Aprel 2024 19:46 (UTC +04:00)
"Turan Tovuz" "Qəbələ"ni məğlub edib - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin heyətində Əyyub Allaş açıb. Tovuz təmsilçisi 81-ci dəqiqədə Aleks Souza ilə bərabərlik qoluna imza atıb. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Belajdu Pusi müəyyənləşdirib.

Bu nəticədən sonra xallarımı 42-yə yüksəldən "Turan Tovuz" beşinci pilləyə yüksəlib. "Qəbələ" isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti