...

Nelsson “Qalatasaray”dan gedəcək

İdman Materials 13 Aprel 2024 22:43 (UTC +04:00)
Nelsson “Qalatasaray”dan gedəcək

Bakı. Trend:

Viktor Nelsson “Qalatasaray”da getmək qərarına gəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Danimarkalı müdafiəçi hələ ötən mövsümdə komandasını dəyişmək arzusunda olub. Amma “Qalatasaray” rəhbərliyinin Viktoru komandada saxlaması sonradan tərəflər arasında narazılıq yaradıb. Nelsson klubun yeni müqavilə təklifini rədd edib. O, 2021-ci ildən İstanbul klubunda çıxış edir.

Qeyd edək ki, 26 yaşlı futbolçu ilə “Napoli” maraqlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti