...

"Beşiktaş" baş məşqçisi ilə yollarını ayırıb

İdman Materials 14 Aprel 2024 05:21 (UTC +04:00)
"Beşiktaş" baş məşqçisi ilə yollarını ayırıb

Bakı. Trend:

Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb.

Trend-in məlumatına görə, “Samsunspor” ilə 1:1-lik heç-heçədən sonra "Beşiktaş" klubunun rəhbərliyi toplantı keçirərək, baş məşqçi ilə müqaviləyə xitam verilməsi qərarına gəlib. Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

Qeyd edək ki, "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti