...

Dünya çempionatı üçün Milli Gimnastika Arenasına baxış keçiriləcək

İdman Materials 17 Aprel 2024 18:37 (UTC +04:00)
Dünya çempionatı üçün Milli Gimnastika Arenasına baxış keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Minifutbol Federasiyasının nümayəndələri Milli Gimnastika Arenasında baxış keçirəcəklər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onlar mayın 20-də Bakıya gələcəklər.

Qurumun üzvləri arenanı dünya çempionatının keçirilməsi üçün nəzərdən keçirəcəklər. Mundialın təşkilatçılıq ilə bağlı yeganə rəqibimiz isə Səudiyyə Ərəbistanıdır.

Qeyd edək ki, son dünya çempionatı BƏƏ-nin Ras Əl-Xayma şəhərində baş tutub. Millimiz yarışda 4-cü olub.

Xəbər lenti

Xəbər lenti