...

Azərbaycan çempionatında dalaşan futbolçulara cəza

İdman Materials 18 Aprel 2024 13:54 (UTC +04:00)
Azərbaycan çempionatında dalaşan futbolçulara cəza

Bakı. Trend:

15 yaşadək futbolçular arasında Azərbaycan çempionatında xoşagəlməz hadisə baş verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, AFFA U-15 Liqasının “Turan Tovuz” – “Neftçi” matçında yaşanıb.

Görüşün 53-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Uğur Məmmədov və qonaqların oyunçusu Ramin Abıyev təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıblar. AFFA-nın İntizam Komitəsi hər iki futbolçunu 4 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Tovuzdakı görüşdə qonaq komanda 5:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti