...

Konfrans Liqası: "Fiorentina" və "Aston Villa" yarımfinala yüksəliblər

İdman Materials 18 Aprel 2024 23:48 (UTC +04:00)
Konfrans Liqası: "Fiorentina" və "Aston Villa" yarımfinala yüksəliblər

Bakı. Trend:

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ilk komandanın adı məlum olub.

Trend-in məlumatına görə, İtaliya "Fiorentina"sı Çexiyada keçirilən ilk görüşdə qolsuz heç-heçə etdiyi "Viktoriya Plzen"i doğma meydanda qəbul edib. Bu qarşılaşmanın da əsas vaxtında qapılara qol vurulmadığı üçün əlavə 30 dəqiqə oynanılıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Florensiya təmsilçisi adını 1/2 finala yazdırıb.

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ikinci komanda "Aston Villa" klubu oldu. İngiltərə təmsilçisi ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi "Lill"lə bu dəfə Fransada qarşılaşıb. Premyer Liqa klubu rəqibinə eyni hesabla uduzduğu üçün əlavə vaxt oynanılıb. 30 dəqiqədə də qapılara top vurulmadığına görə penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan qonaqlar yarımfinala vəsiqə qazanıblar - 4:3.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti