...

Bu məsələ onların vicdanına qalıb - “Səbail”in futbolçusu

İdman Materials 19 Aprel 2024 12:01 (UTC +04:00)
Bu məsələ onların vicdanına qalıb - “Səbail”in futbolçusu

Bakı. Trend:

“Səbail”in futbolçusu Adil Mehremiçin İdman.bizə müsahibəsi

- Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyunda hakimi təhqir etdiyiniz üçün 2-si şərti olmaqla 4 oyun cəzalanmısınız. Nə baş vermişdi ki?

- Oyundan sonra heyətə doğruları bildirmişəm. Artıq bu barədə danışmaq istəmirəm. Bu məsələ onların vicdanına qalıb.

- Diskvalifikasiya olunmağınızla bağlı nə deyə bilərsiniz?

- Bu sualı qətiyyən şərh etmək istəmirəm.

- “Səbail”in hazırkı durumunu necə dəyərləndirərdiniz?

- Biz bütün fikrimizi bundan sonrakı oyunlara cəmləmişik. Mən olmasam belə komandam əlindən gələnin artığını edəcək. Gücümüzü hər kəsə göstərəcəyik.

- Klubunuzun avrokubok şanslarını necə dəyərləndirirsiniz?

- İlk “üçlük” və “dördlük”də qalmaq şansımızı itirmədiyimiz müddətdə hər şey üçün maksimum çalışacağıq. Oyunlara daha yaxşı hazırlaşıb, buna da nail olacağıq.

- İlin sonunadək müqaviləniz var. “Səbail”lə yeni razılaşma planlaşdırırsınız?

- Futbol həyat kimidir. Nəyin necə baş verəcəyini bilmirsən. Bəli, müqaviləm dekabra kimidir. Ondan sonra nə olacağını və harada çıxış edəcəyim barədə hələlik heç bir fikrim yoxdur.

Xəbər lenti

Xəbər lenti