...

“Qəbələ” çempiona qarşı, Zirədə Avrokubok “döyüşü”

İdman Materials 20 Aprel 2024 02:52 (UTC +04:00)
“Qəbələ” çempiona qarşı, Zirədə Avrokubok “döyüşü”

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun iki oyunu keçiriləcək.

Trend xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutacaq.

Çempion “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. Məğlubiyyət qəbələlilərin turnir cədvəlində sonuncu olmasını rəsmiləşdirəcək.

Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda yarışan “Zirə” və “Neftçi” Zirədə üz-üzə gələcək. Bir xal fərqlə qonşu pillələrdə qərarlaşan komandaların duelində qalib tərəf böyük üstünlük qazanacaq.

Qeyd edək ki, turun ilk oyununda “Sumqayıt” səfərdə “Turan Tovuza” 4:1 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXXI tur
20 aprel
16:30. "Qarabağ" – "Qəbələ"
Baş hakim:
Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. "Zirə" – "Neftçi"
Baş hakim:
İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Xəbər lenti

Xəbər lenti