...

İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib

İdman Materials 22 Aprel 2024 01:07 (UTC +04:00)
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Real Madrid” futbol üzrə İspaniya çempionatının 32-ci turu çərçivəsində evdə “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Madriddəki "Santiaqo Bernabeu" stadionunda keçirilib.

"Real"ın heyətində qolları Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Jud Bellinqem (90+1) vurublar. "Barselona"ın heyətində Andreas Kristensen (6) və Fermin Lopez (69) fərqləniblər.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real" başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti