...

Həyatın məni apardığı həmin nöqtəyə gedəcəm - Azərbaycan çempionu

İdman Materials 23 Aprel 2024 10:32 (UTC +04:00)
Həyatın məni apardığı həmin nöqtəyə gedəcəm - Azərbaycan çempionu

Bakı. Trend:

Matç çox həyəcanlı keçdi.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Qonsales Pedro klubunun mətbuat xidmətinə deyib.

O, Azərbaycan çempionatının finalında “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. 23 yaşlı kubalı blokçunun sözlərinə görə, ikinci və üçüncü setlərdə çətin vəziyyətə düşüblər: “Amma biz bu 8 ayda həmişə sonadək mübarizə aparmışıq. Bugünkü oyunun nə dərəcədə əhəmiyyətli olduğunu çox gözəl başa düşürdük. Sevindirici haldır ki, qarşılaşmanı yüksək notlarda tamamladıq”.

O, gələcək karyerası ilə bağlı da hələlik qərar vermədiyini də vurğulayıb: “Bunu həyat göstərəcək. Hər zaman çalışmışam ki, hansı çempionatda oynamağımdan aslı olmayaraq ən yaxşı oyunumu göstərim. İndi də hazırkı fiziki formamın necə olduğunu və özümü harada görmək istədiyimi dəyərləndirdikdən sonra həyatın məni apardığı həmin nöqtəyə gedəcəm”.

Qeyd edək ki, "Azərreyl" ilk dəfə qızıl medal qazanıb.

Xəbər lenti

Xəbər lenti