...

Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu

İdman Materials 29 Aprel 2024 10:53 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında iştirak edib.

Trend xəbər verir ki, Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun şərəfini qoruyub.

Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb. Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” bundesliqanı 6-cı pillədə başa vurub.

Qeyd edək ki, bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti