...

“Çelsi” Poçettinonu istefaya göndərib

İdman Materials 21 May 2024 23:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino istefaya göndərilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Argentinalı mütəxəssisin klubun idman direktorları Pol Uinstenli və Lourens Styuartla, eləcə də səmdarlardan biri Bexdad Eqbali ilə görüşündən sonra belə qərar çıxarılıb. Məlumatda Poçettino ilə ayrılığın müsbət məcrada davam etdiyi açıqlanıb. Tərəflər qarşılıqlı surətdə müqaviləyə xitam veriblər.

Qeyd edək ki, “Çelsi” 52 yaşlı məşqçinin rəhbərliyi ilə 2023/2024 mövsümünü 6-cı pillədə başa vurub. O, London klubuna ötən il iyulun 1-dən rəhbərlik edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti