...

Dövlət Komitəsinin sədri federasiya prezidenti seçilib

İdman Materials 22 May 2024 13:13 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edərək təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.

Yığıncaqda Azərbaycan Oxatma Federasiyasının yeni prezidenti Anar Quliyev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Xəbər lenti

Xəbər lenti