...

“Qarabağ”ın mükafatlandırma mərasiminin biletləri satışda

İdman Materials 23 May 2024 14:47 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında mövsümün son oyununun biletləri satışa çıxarılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu ölkə çempionu “Qarabağ”ın mətbuat xidməti açıqlayıb.

Ağdam təmsilçisinin XXXVI turunun “Araz-Naxçıvan”la səfər qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn satışa çıxarılıb. Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3, mərkəzi sektorlar 7, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, mayın 26-da keçiriləcək “Araz-Naxçıvan” - “Qarabağ” görüşü saat 19:30-da başlayacaq. Görüşdən sonra çempionun və bombardirin mükafatlandırma mərasimi baş tutacaq.

Xəbər lenti

Xəbər lenti