...

"Qarabağ"ın futbolçusu oyun üçün milliyə çağırıldı

İdman Materials 25 May 2024 11:55 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıblar.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onlar Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin 25 nəfərlik heyətinə düşüblər.

Monteneqro millisi mayın 31-də bir araya gələcək. Prosineçkinin yetirmələri iyun ayında 2 yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın futbolçularının heyətində yer aldığı yığma hər 2 matçda AVRO-2024-ün iştirakçıları ilə üz-üzə gələcək. İyunun 5-də rəqib Belçika, 9-da isə Gürcüstan olacaq.

Xəbər lenti

Xəbər lenti