...

“Beşiktaş”a Nuri Şahin gəlir

İdman Materials 28 May 2024 01:27 (UTC +04:00)

Bakı. Trend:

“Beşiktaş” baş məşqçi sualına aydınlıq gətirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komanda Nuri Şahinlə müqavilə imzayacaq.

Klub prezidenti Hasan Arat mayın əvvəlində 35 yaşlı mütəxəssislə Almaniyada görüşmüşdü. O zaman ilk razılıq əldə edən tərəflər yekun qərar veriblər. Dortmund “Borussiya”sında köməkçi-məşqçi vəzifəsini tutan Şahin növbəti mövsümdə “Beşiktaş”ı çalışdıracaq.

Qeyd edək Nuri 2021-ci ilin oktyabrında 2023-cü ilin sonunadək “Antalyaspor”da baş məşqçi vəzifəsini yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti