...

Dubai Open 2024: Azərbaycanlı şahmatçı liderliyini qoruyub

İdman Materials 31 May 2024 03:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlının “Dubai Open 2024”-də liderliyi davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçimiz yarışın 6-cı turunu yarım xalla başa vurub.

Muradlı türkiyəli Yagiz Kaan Erdoğmuşla heç-heçə oynayıb. Hesabında 5 xal olan Məhəmməd ən yaxın izləyicisini yarım xal qabaqlayır.

Azərbaycanlı şahmatçıların duelində Gövhər Beydulayeva Eltac Səfərliyə uduzub. Rəvan Əliyev, Gülnar Məmmədova və Günay Məmmədzadə turu heç-heçə ilə başa vurublar. Xanım Balacayeva isə məğlubiyyətlə üzləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti