...

Millimiz Türkiyə ilə üz-üzə

İdman Materials 31 May 2024 09:44 (UTC +04:00)

Bakı. Trend:

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq.

B Liqasının İ qrupunun III turunun matçı Ərzincanda baş tutacaq. Əvvəlki iki turda bir xal toplayan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda ilk qələbə üçün mübarizə aparacaq.

Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 4-də keçirəcək. Yığmamız Türkiyəni qəbul edəcək.

AVRO-2025-in seçmə mərhələsi
B liqası, İ qrupu
31 may
21:00. Türkiyə - Azərbaycan
Baş hakim: Aleksandra Kollin (Fransa)

Ərzincan 13 Şubat stadionu

1

İsveçrə

2

2

0

0

7-1

6

2

Türkiyə

2

1

0

1

3-4

3

3

Macarıstan

2

0

1

1

2-3

1

4

Azərbaycan

2

0

0

2

1-5

1

Xəbər lenti

Xəbər lenti