...

Emre Belözoğlu istefaya göndərilib

İdman Materials 31 May 2024 19:48 (UTC +04:00)

Bakı. Trend:

Emre Belozoğlu “Ankaragücü”nün baş məşqçisi vəzifəsini tərk edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Ankara klubu açıqlama yayıb.

Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Türkiyə Superliqasında uğursuz çıxış gənc mütəxəssisə bağışlanılmayıb. Komanda Emrenin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.

Qeyd edək ki, “Ankaragücü” 43 yaşlı baş məşqçi ilə keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 13 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub. Komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.

Xəbər lenti

Xəbər lenti