...

Messi açıqlayıb: “İnter Mayami” son olacaq

İdman Materials 12 İyun 2024 21:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“İnter Mayami” Lionel Messinin çıxış etdiyi son klub olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə argentinalı ulduz özü məlumat verib.

Messi futbol oynamaqdan zövq aldığını və karyerasının bitməsinə az qaldığını bildirib: “İnter Mayami” mənim son klubum olacaq. Futbol oynamağı çox sevirəm və bundan zövq alıram. Ona görə ki, karyeramın sonuna çox az vaxt qaldığını anlayıram”.

Qeyd edək ki, Lionel 2023-cü ildən ABŞ klubunda çıxış edir. 36 yaşlı futbolçu “İnter Mayami”nin heyətində 29 oyunda 25 qol vurub, 16 ötürmə verib.

Xəbər lenti

Xəbər lenti