...

“Barselona”-nın yeni baş məşqçisi kimdir?

İdman Materials 15 İyun 2024 04:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” basketbol klubunun baş məşqçisi bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandaya Joan Penyarroya rəhbərlik edəcək.

55 yaşlı mütəxəssus ötən mövsümdə “Baskoniya”nın baş məşqçisi olub. Onun rəhbərliyi ilə komanda Avroliqada 22 qələbə qazanıb, 12 oyunda uduzub. Baskoniyalılar pley-offun ilk mərhələsində “Olimpiakos”a 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Kataloniya klubu Dimitris İtudis və Xavyer Paskual kimi tanınmış mütəxəssislərlə danışıqlar aparsa da, tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti