...

“Mançester Siti”nin Qvardiola ilə bağlı planı

İdman Materials 16 İyun 2024 18:07 (UTC +04:00)

Bakı. Trend:

“Mançester Siti” Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin məvacibi artırmaq arzusundadır.

İspaniyalı məşqçinin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında bitəcək. Onun hazırki maaşı 23,7 milyon avrodur. Bir neçə gün əvvəl Qvardiola gələn mövsümün sonunda “Mançester Siti”ni tərk etmə ehtimalını bildirib.

Qeyd edək ki, ispaniyalı məşqçi 2016-cı ildən komandaya rəhbərlik edir. “Şəhərlilər” 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 1 dəfə Çempionlar Liqası titulunu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti