...

Lionel Messi üçün son

İdman Materials 21 İyun 2024 17:30 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-də keçirilən Amerika kuboku Lionel Messi üçün sonuncu olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu argentinalı ulduzun özü açıqlayıb.

36 yaşlı futbolçu bildirib ki, bu turnirdə sonuncu dəfə çıxış etdiyindən millisinin çempion olmasını istəyir:

“Bundan sonra Amerika kubokunda oynamayacağam. Yenidən qalib gəlməyə çalışacağıq. Növbəti dünya çempionatına gəlincə, hər şey gedişatdan asılıdır. Biz addım-addım hərəkət etməliyik. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, Argentina Amerika kubokunun qrup mərhələsinin ilk oyununda Kanadanı 2:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti