...

Gürcüstandan tarixi 1 xal

İdman Materials 22 İyun 2024 19:03 (UTC +04:00)
Gürcüstandan tarixi 1 xal
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün F qrupunda II tura start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Almaniyadakı çempionatın 9-cü günü Hamburqda start götürüb.

Yarışa məğlubiyyətlə başlayan Çexiya və Gürcüstan 2-ci turu də qələbəsiz başa vurub. Komandalar hərəyə 1 qol və 1 xal qazanıblar. Hesabı gürcülər penaltidən açsalar da, fasilədən sonra çexlər bərabərlik qolunu vurublar. Avropa çempionatlarında ilk dəfə iştirak edən Gürcüstan ilk xalını qazanıb.

Qeyd edək ki, qrupda II tura bu gün keçiriləcək Türkiyə - Portuqaliya matçı ilə yekun vurulacaq.

AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, F qrupu
17:00. Gürcüstan – Çexiya - 1:1
Qollar:
Georgi Mikautadze, 45+4 (p.) - Patrik Şik, 59
Baş hakim: Daniel Zibert (Almaniya)
Hamburq. Folksparkştadion

Xəbər lenti

Xəbər lenti