...

Millimiz dünya reytinqində geriləyib

İdman Materials 24 İyun 2024 10:52 (UTC +04:00)

Bakı. Trend:

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi dünyada 7-cidir. Yığmamızın hesabında 353,841 xal var.

Cədvələ Kanada başçılıq edir – 694,993. Fransa (538,857), Çin (472,256), Niderland (414,802), Almaniya (394,524) və “Düsseldorf ZOOS” (371,189) millimizi qabaqlayır.

Qeyd edək ki, ötən cədvəldə 6-cı olan millimiz Düsseldorf təmsilçisini özündən önə buraxıb.

Xəbər lenti

Xəbər lenti