...

Amerika Kuboku: Kolumbiya Uruqvayı məğlub edərək finala yüksəlib

İdman Materials 11 İyul 2024 08:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda ikinci finalçı məlum olub.

Trend-in məlumatına görə, 1/2 final mərhələsində Uruqvay və Kolumbiya yığmaları üz-üzə gəlib. Görüş kolumbiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həlledici mərhələyə vəsiqə qazanan Kolumbiya seçməsi Argentina ilə qarşılaşacaq. Matç iyulun 15-də baş tutacaq.

Üçüncü yer uğrunda keçiriləcək Kanada - Uruqvay görüşü isə iyulun 14-də təşkil olunacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti