...

"Barselona" Niko Uilyams üçün kredit götürür

İdman Materials 20 İyul 2024 02:54 (UTC +04:00)

Bakı. Trend:

"Barselona" transfer üçün bankdan 100 milyon avro kredit götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "Mundo Deportivo" nəşri yayıb.

Kataloniya klubunun məqsədi Niko Uilyamsı heyətə cəlb etməkdir. Bilbao "Atletiko"sunda çıxış edən futbolçu "Barselona"ya keçmək arzusunu gizlətməyib. Uilyamsın müqaviləsində sərbəst qalma maddəsi 58 milyon avrodur.

Qeyd edək ki, Niko İspaniya yığmasının heyətində Avropa çempionu titulunu qazanıb. O, finalda İngiltərə yığmasının qapısına vurulan 2 qoldan birinin müəllifi olub (2:1).

Xəbər lenti

Xəbər lenti