...

"Atletiko" komandanı tərk edən Morataya əvəzedici tapıb

İdman Materials 23 İyul 2024 03:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Atletiko" komandanı tərk edən Alvaro Morataya əvəzedici tapıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Madrid klubu ukraynalı forvard Artyom Dovbikin transferi üzərində işləyir.

Madridlilər onun çıxış etdiyi "Jirona" ilə danışıqların son mərhələsinə çatıblar. Tərəflər transferin dəyərini razılaşdıracaqlar. "Atletiko" Dovbikə görə müəyyən məbləğ və bonuslar təklif edib.

Qeyd edək ki, 27 yaşlı hücumçu ötən mövsümdə La Liqanın bombardiri olub. O, 36 matçda 24 qol vurub və 8 ötürmə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti