Paris. Trend:
İlk olaraq xalqıma təşəkkür edirəm ki, məni çıxışım zamanı izlədi.
Bunu Trend-ə Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.
O bildirib ki, ailə üzvlərim, dostlarıma dəstək olduqları üçün minnətdaram.
"Bu mənim ilk Olimpiadamdır. İlk tarixi lisenziyanı qazandıq. Batut gimnastikası üzrə Olimpiadada debüt etməklə artıq tarix yazıldı. Bu dəfə çıxışım istədiyim kimi alınmadı. İnanıram ki, Los-Ancelesdə keçiriləcək növbəti Olimpiya Oyunlarına lisenziyanı qazanıb orada daha yaxşı çıxış nümayiş etdirəcəyəm. Bu gün ilk çıxışım zamanı həyəcan var idi deyə bütün hərəkətləri yerinə yetirə bilmədim. Ancaq fikrimi toplayıb ikinci çıxışımı sona qədər yerinə yetirdim ki, ölkəmi layiqincə təmsil edim", - gimnast əlavə edib.
Qedy edək ki, Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. İdmancimiz çıxışını 10-cu yerdə başa vurub. 20 yaşlı idmançımız təsnifat mərhələsində ikinci cəhdində 53.750 xala layiq görülüb.
O, yekunda 16 iştirakçı arasında 10-cu olub.