...

Paris Olimpiadasında azərbaycanlı güləşçilərin qarşılaşması olacaq

İdman Materials 7 Avqust 2024 15:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Trend xəbər verir ki, bu, Ukraynanı təmsil edən digər azərbaycanlı güləşçi Pərviz Nəsibov olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti