“Real” mövsümə heç-heçə ilə başladı

İdman Materials 19 Avqust 2024 10:04 (UTC +04:00)

Bakı. Trend:

“Real” İspaniya La Liqasına heç-heçə ilə başlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Karlo Ançelottinin yetirmələri “Malyorka” ilə sülhə imza atıb.

Madrid klubu 20 dəfə mövsümə bərabərliklə start verib. “Real” yalnız 5 dəfə sonda çempion olub.

Bu, 1931/32, 1985/86, 1988/89, 1996/97 və 2006/07 mövsümlərində yaşanıb. Əgər mövsümün sonunda çempionluğu “Real” bayram etsə, bu, 6-cı belə hadisə olacaq.

Qeyd edək ki, “Malyorka” ilə görüş 1:1 hesabı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti