Fernandu Santuşun futbol tarixindəki yeri müəyyənləşib

İdman Materials 19 Avqust 2024 12:37 (UTC +04:00)
Fernandu Santuşun futbol tarixindəki yeri müəyyənləşib

Bakı. Trend:

Futbol tarixinin ən yaxşı milli məşqçilərinin siyahısı açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “FourFourTwo”nun tərtib etdiyi reytinqdə 32 mütəxəssis yer alıb.

Siyahıya Helmut Şön başçılıq edir. 1964-78-ci illərdə AFR yığmasını çalışdıran mütəxəssis DÇ-1974 və AVRO-1972-nin qızıl, DÇ-1966 və AVRO-1976-nın gümüş, DÇ-1970-in bürünc mükafatını qazanıb.

İtaliyalı Vittorio Pottso ikinci, ispaniyalı Visente del Boske üçüncüdür. “Top-5”də braziliyalı Mario Zaqalo və fransalı Didye Deşam da yer alıb. Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş 28-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Santuş Portuqaliya millisi ilə AVRO-2016-nın qalibi olub.

Xəbər lenti

Xəbər lenti