...

Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Azərbaycana gəlir

İdman Materials 23 Avqust 2024 17:57 (UTC +04:00)
Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Azərbaycana gəlir

Bakı. Trend:

Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabana Azərbaycana səfər edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti açıqlayıb.

Ölkəmizə səfəri zamanı o, öz dəyərli biliklərini və təcrübəsini yerli mütəxəssislərlə bölüşəcək. Avqustun 30-31-də keçiriləcək tədbirlər Milli Gimnastika Arenasında baş tutacaq və saat 15:00-da başlayacaq. Qonaq tərəfindən keçiriləcək “Milli mütəxəssislər üçün məşqçilik və hakimlik üzrə seminar”da peşəkar məşqçiləri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti