Mustafa Sek "Neftçi" ilə 3 illik müqavilə bağlayıb

İdman Materials 23 Avqust 2024 21:00 (UTC +04:00)
Mustafa Sek "Neftçi" ilə 3 illik müqavilə bağlayıb

Bakı. Trend:

“Neftçi” daha bir transferini həyata keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, paytaxt klubu seneqal əsilli ispaniyalı müdafiəçi Mustafa Seki heyətinə cəlb edib.

28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Mustafa "Neftçi"də 24 nömrəli formada çıxış edəcək. Sek müdafiə və yarımmüdafiənin sol cinahında oynaya bilir.

Qeyd edək k, Sek “Barselona”nın müxtəlif yaş qrup komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti