...

Dünya çempionatı: Qadın güləşçilər mübarizəyə başlayır

İdman Materials 4 Sentyabr 2024 10:16 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 3-cü günündə qadın güləşçilər mübarizəyə başlayır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın 3 çəkidə pəhləvanları finala vəsiqə qazanmaq uğrunda güləşəcəklər.

3 güləşçimiz 1/8 finalda xalça üzərinə çıxacaqlar.

U-20 dünya çempionatı
Yunan-Roma güləş

5️0 kq
Aysel Məmmədzadənin rəqibi Fatma Kızmaz (Türkiyə) olacaq.

55 kq
Nərgiz Səmədova il görüşündə çinli Lixuan Çendən güclü olmağa çalışacaq.

59 kq
Ruzanna Məmmədova polşalı Nikola Vasilevskaya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti