Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
"Kəpəz" öz meydanında "Şamaxı"nı qəbul edib. 6 oyundan sonra xal qazana bilməyən Gəncə təmsilçisinin uğursuz seriyası davam edib. Qonaq komanda 2:0 hesabı ilə qələbə qazanıb.
Turun əsas görüşündə isə ölkənin ən titullu klubları qarşılaşıb. Çempion öz meydanında "Neftçi" ilə münasibətlərə aydınlıq gətirib. Qələbə üzünə həsrət qalan qonaqlar yenə qələbə üzünə həsrət qalıblar. "Qarabağ" böyük hesabla qalib gələrək, lider mövqeyinə yüksəlib.