...

Azərbaycan karateçiləri beynəlxalq yarışda qızıl və gümüş medallar qazanıblar

İdman Materials 22 Sentyabr 2024 08:41 (UTC +04:00)
Azərbaycan karateçiləri beynəlxalq yarışda qızıl və gümüş medallar qazanıblar

Bakı. Trend:

Sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir.

Bu barədə Trend-ə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova isə gümüş medal qazanıb.

Qeyd edək ki, şəxsi kumite yarışlarına dünən start verilib.

Xəbər lenti

Xəbər lenti